Azərbaycan Tibb Universitetinin və Respublika Klinik Xəstəxanasının həkim-ümumi cərrahı, professoru vəfat etmişdir

Azərbaycan Tibb Universitetinin və Respublika Klinik Xəstəxanasının həkim-ümumi cərrahı, professoru İdris Axundov vəfat etmişdir.

Возможно, это изображение 1 человек

Qeyd edək ki, professor İdris Axundov 1957-ci ildə Bakıda anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirərək cərrah ixtisası almış, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında, daha sonra isə elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1994-cü ildə dosent, 2001-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru adını almışdır. O, Almaniya və ABŞ-da keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmiş, 120-dən çox elmi əsəri ilə elmi ictimaiyyətin rəğbətini qazanmışdır.

Respublika Klinik Xəstəxanasından bildirilmişdir ki, professor İdris Axundov Respublika Klinik Xəstəxanasında uzun illər peşəkar fəaliyyəti ilə yüzlərlə pasiyentin sağlamlığına qovuşmasında böyük xidmətlər göstərmişdir.

Allah rəhmət eləsin.