Professor Mehmet Ceyhan antibiotiklər barədə
2008 və 2011-ci illərdə bakteriyalarda antibiotiklərə qarşı rezistent bir gen, Hindistanın Şimal qütbündə torpaq nümunələrində tapılmışdır. Həmçinin, burada 130 gendə də antibiotiklərə qarşı rezistentlik tapılmışdır. Bu genlərin ortaya çıxmasının əsas səbəbi lazımsız və səhv antibiotik istifadələridir. Genlərin orda necə olduğu haqqında hələ də dəqiq məlumat yoxdur. Düşünülür ki, oraya quşlar və insanlar vasitəsi ilə getmiş, torpağın yoluxması isə nəcis hesabına olmuşdur. Çünki, dünyada yaşayan insanların 1/3-i sanitar qovşaqlarından istifadə etmirlər. Antibiotiklərə qarşı rezistentlik bu qədər sürətlə yayılarsa bir müddətdən sonra onlar heç bir işə yaramayacaqlar. Xəstələr üçün dua etmək xaricində bir şey edə bilməyəcəyik.
Antibotiklərdən nəzarət altında istifadə olunmalıdır. Bu isə praktik olaraq çox da asan məsələ deyildir. Ona görə də, infeksiyalardan qorunmaq daha təsirli və asan yoldur. İnfeksiyalardan isə əsas qorunma üsulu olan peyvəndlərinizi vaxtı-vaxtında elətdirin.
Ankaranın Hacettepe Xəstəxanasının professoru Mehmet Ceyhanın müsahibəsi