8 ayda 400-dən çox körpə qüsurlu doğulub
2018-ci ilin 8 ayı ərzində Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu müddətdə BŞT və TTYİ-ə doğuşla bağlı müraciətlərin sayı 1907 nəfər olub. Onlardan 1887 nəfəri hospitalizasiya olub.
Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.
Aytən Zəhra
AzVision.az