Yeni Klinika dövlət əmlakının mənimsənilməsinə görə prokurorluğa müraciət etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsinin Radiologiya şöbəsində rentgen texnik vəzifəsində çalışmış Elgün Ənvər oğlu Məhərrəmov barəsində Nizami rayon Prokurorluğuna müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yeni Klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov məlumat verib.

“Elgün Məhərrəmov tərəfindən 01 yanvar 2023-cü il tarixindən 15 aprel 2023-cü il tarixinədək 9708,29 manat (doqquz min yeddi yüz səkkiz manat, iyirmi doqquz qəpik) dəyərində dərman vasitələri mənimsənildiyinə görə onun barəsində cinayət işi başladılması üçün prokurorluğa müraciət edilib.

Dövlət əmlakının mənimsənilməsi barədə prokurorluq orqanına müraciət daxil olduqdan sonra əvvəlcə Elgün Məhərrəmov daha sonra həyat yoldaşı Cəvahir Paşayevanın əmək müqavilələrinə heç bir təsir olmadan öz ərizələri ilə (təşəbbüsləri) xitam verilib.

Hazırda Nizami rayon Prokurorluğunda Elgün Məhərrəmovun törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırma aparılır.

Qeyd etmək istəyirik ki, Yeni Klinikada fəaliyyət göstərən bütün personal və müraciət edən vətəndaşların hüquqlarının qorunması müvafiq qanunvericiliklə tənzimlənir.”

İlham Məmmədov