Vüqar Qurbanov: "Səhiyyə sektorunda kadr çatışmazlığı ən ciddi problemlərdən biridir"
“Səhiyyə sektorunda kadr çatışmazlığı ən ciddi problemlərdən biridir”.
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.
O bu problemin həll yolunu da göstərib:
“Gələcəkdə bu sahədə kadr çatışmazlığının aradan qaldırılması üçün telesəhiyyə xidmətinin ölkəmizdə də tətbiq olunmasına ehtiyac var”.
Qeyd edək ki, telesəhiyyə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə tibbi xidmətlərin uzaq məsafədən göstərilməsi deməkdir. Sadə dillə desək, həkimlə xəstənin eyni yerdə olmadan, telefon, internet və ya xüsusi proqramlar vasitəsilə əlaqə quraraq müayinə, məsləhət və diaqnostika aparılmasıdır.
Məhərrəm Əliyev