Vitamin D defisiti necə yaranır?
Vitamin D ya qida vasitəsilə, ya da günəş şüaları vasitəsilə dəridə yaranır.
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, vitamin qidalardan əsasən yağlı balıq məhsullarında, yumurta, kərə yağında, qaraciyərdə, pendir və süd məhsullarında olur.
Əhalinin gündəlik olaraq günəș șüalarını qəbul etmələri tövsiyə olunur. Hər gün heç olmasa 15-20 dəqiqə günəș altında olmaq yetərlidir.
Vitamin D orqanizmin immunitetini gücləndirir, kəskin respirator virus infeksiyalardan qoruyur, sümük-oynaq sisteminin fəaliyyətini tənzimləyir, müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır, şəkərli diabetin, piylənmənin profilaktikasında böyük rol oynayır, depressiyanı azaldır.
Sıfır yașdan (uşaq doğulandan) vitamin D-nin gündəlik qəbulu məsləhət olunur. Böyüklər üçün bu doza 1000-2000 vahid, uşaqlar üçün isə doza yaşa uyğun olaraq həkim tərəfindən təyin olunmalıdır.
Bəzi xəstəliklər zamanı vitamin D-nin sorulması pozulur. Bunlara qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet, piylənmə, osteoporoz, xronik böyrək xətəliyi, qaraciyər xəstəliyi və s aiddir.
Unutmayın ki, D vitaminini özbaşına qəbul etmək olmaz. Vitaminin dozasının təyinatı həkim tərəfindən tənzimlənməlidir.