16 May 2020

Uşaqların televizor və telefondan aktiv istifadəsinə dair

Müasir zamanda uşaqlar erkən yaşlardan etibarən uzun müddət  ərzində vaxtlarını televizor (telefon) qarşısında keçirirlər. Xüsusilə də 2 yaşa qədər uşaqların televizor və telefondan istifadəsinin faydaları barədə heç bir isbatlayıcı məlumalar yoxdur. Bunun əksi olaraq televizor və telefondan istifadəsinin çox böyük zərərləri barədə xeyli  məlumatlar vardır.

Is your child obsessed with TV characters? How to deal with it ...

ABŞ Pediatriya Akademiyası tərərfindən aparılan araşdırmalara əsasən uşaqların uzun müddət  ərzində televizor və telefon istifadəsinin zərərlərinin bir qismi aşağıdakılardır:

  • Uzun müddət televizor və telefondan istifadə edən uşaqlarda bədən kütlə indeksinin  artdığı və piylənməyə səbəb olduğu müşahidə edilmişdir;
  • Erkən uşaqlıq dövründə uzun müddət televizora baxmağın və yataq otağında televizor, komputer və ya mobil telefonun olması belə gecə yuxusuna təsir etdiyi və yuxu müddətinin azalmasına səbəb olduğuna dair məlumatlar vardır;
  • Araşdırmalar göstərmişdir ki, erkən uşaqlıq dövründə televizora baxmaq həm koqnitiv, dil və sosial baxımdan geri qalmaq təhlükəsi yaradır;
  • Hisslərin tənzimlənməsi , əzimkar olmaq və özünü ifadə etmək kimi ifadələrin uzun müddət televizor və telefon istifadə edənlərdə daha az olduğu müşahidə edilmişdir.

Smartphones and Children - A Solid Start 5 Star Childcare

Bütün təcrübələr onu göstərir ki 2-5 yaş arası olan uşaqların gün ərzində ən çoxu 1 saat televizor və ya telefondan (smartfon) istifadəsi məqsədəuyğundur. Uşaqlar digər vaxtlarda valideynləri, yaşıdları ilə və yaxud özləri oyuncaqlara oynamalıdırlar.

01 İyun 2020
Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki,…
22 May 2020
Uşaqlar niyə tərləyir? Uşaqlarda ilk 1 yaşda və cinsi inkişaf dövründə daha da çox tərləmə…
13 May 2020
Gecə sidiyi qaçırma (gecə enurezi) uşaqlarda sıx rast gəlinən problemdir. Uşaqlar arasında gecə enurezinin baş…