Uşaqlarda qaraciyər problemi nədən qaynaqlanır ?
Uşaqlarda aşkarlanan bir sıra genetik xəstəliklər də qaraciyərdə müxtəlif problemlərə səbəb olur
Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 9 sentyabr — Sputnik. “Uşaqlarda aşkarlanan bir çox xəstəliklər zamanı qaraciyərin köçürülməsi qaçınılmaz addım hesab edilir. Qaraciyər çatışmazlığı xəstəliklərini də bu qrupa aid edə bilərik”.
Pediatr Telman Aytayev bu barədə Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, qaraciyər xəstəliklərinin yaranmasında genetik amilin də rolu danılmazdır: “Uşaqlarda aşkarlanan bir sıra genetik xəstəliklər də qaraciyərdə müxtəlif problemlərə səbəb olur. Bəzən belə xəstələrə dəqiq diaqnoz qoymaq olmur. Amma uşağın vəziyyətinin getdikcə daha da pisləşdiyi müşahidə edilir. Qaraciyər serriozu yarandığı üçün belə uşaqlara qaraciyərin köçürülməsi vacib hesab edilir. Bu baş vermədikdə isə azyaşlı dünyasını dəyişir”.
Ekspertin sözlərinə görə, çalışdığı xəstəxanada uşaqlar üzərində ay ərzində 2-3 belə əməliyyat icra olunur.