Uşaqlarda allergik rinit nədir?

Allergik rinit – burunda tıxanıqlıq, axıntı və ya şişkinlik kimi əlamətlərlə ortaya çıxan, xüsusən fəsil dəyişmə dövründə rast gəlinən xəstəlikdir.

Saman qripi, burun allergiyası və ya allergik zökəm deyə adlandırıla bilinər. Uşaqlarda 3-40% arasında rast gəlinir. Son 10 ildə sürətli artır.

Yaz aylarında həkimə burun axıntısı və ya tutulması səbəbi ilə müraciət edən uşaqların təqribən yarısında allergik rinit diaqnozu qoyulur. Allergik rinit fəsilə uyğun və ya da il boyu davam edici ola bilər. Fəsilə uyğun müşahidə edilən allergik rinit daha çox çiçək açma və ya çiçək tozlarının külək ilə yayılması nəticəsində əsasən görülür. Xüsusən yaz aylarında bitkilərdəki tozlanma dövrünün başlanması, yuxarı tənəffüs yollarına təsir edir və nəticədə allergik zökəmin əlamətləri olan qaçınma, sulu burun axıntısı, asqırma tutmaları, burunda yanma kimi müşahidə edilir. Lakin, bəzi hallarda xəstənin klinik əlamətlərində bunlardan başqa gözlərdə qızarma və yanma, hətta qaşıntı və sulanma, burun-udlaq boşluğunda və ya damaqda qaşıntı, qulaqlarda tutulma, tənəffüsün xırıltıllı olması, qoxu alma funksiyasının pozulması kimi əlamətlərdə rast gəlinir.

Səbəbləri

Genetik meyillilik;

Allergenlər (toz, polenlər,nəm, kif və heyvan tükləri);

Hava çirkliliyi;

Siqaret tüstüsü kimi qıcıqlandırıcılar.

Əgər ailədə valideynlərdən birində müşahidə edilirsə, uşaqda ortalığa çıxma ehtimalı yüksəkdir. Daha çox oğlan uşaqlarında rast gəlinir.

Həmçinin siqaret tüstüsü də allergik rinitə çox səbəb olur. Çünki, burunda allergik hüceyrələrinin sayını artırır nəticədə, asqırmaya və burun tutulmasına səbəb ola bilir.

Əlamətləri

  • Əlamətlər əasasən 2 yaşdan etibarən müşahidə olunur. Lakin, allergik rinit əlamətləri olan uşaqlarda 2 yaşdan aşağı olsalarda tədqiq olunmalıdır;
  • Tez-tez təkrarlanan sulu və bol burun axıntısı, burun tutulması, burun da qaşıntı və ya ard-arda 4-5 dəfə olan asqırmadır;
  • Həmçinin qulaq axıntısı, yumşaq damaq və boğazda qaşıntı, dad və qoxu bilmə funksiyasının pozulması, tez-tez burun qanaması;
  • Göz allergiyasının qaşınma, axıntı;
  • Burun-udlaqda axıntı, nəticədə öskürək, qarın ağrısı və iştahsızlıq müşahidə edilir;
  • Həmçinin qulaqda mayenin yığılması nəticəsində eşitmə azalması da müşahidə olunur;
  • Allergik rinit uşaqlarda infeksiyaya meyl yaradır. Belə uşaqlarda sinusit çox rast gəlinir;
  • Burun tutulmasına bağlı olaraq uşaqlar çox vaxt ağızlarını açıq saxlayırlar. Nəticə də boğaz infeksiyası çox rast gəlinir. Badamcıqların şişkinləşməsinə nəticədə yuxu pozğunluğuna, xorlamağa səbəb olur. Ağzı aşıq olan uşaqlarda diş çürümədə çox rast gəlinir;
  • Ümumi halsızlıq, yorğunluq olur. Yuxusuzluq nəticəsində uşaqların məktəb uğurları azalır;
  • Allergik rinit olan uşaqlarda alt göz qapaqlarında tündləşmədə rast gəlinir;
  • Allergik rinit olan uşaqların 5% də burundə poliplər müşahidə edilir.

Allergik rinit bəzən soyuqdəymə ilə qarışdırılır. Əgər xəstədə yaz aylarında başlayıb, 3 həftədən uzun müddət davam edirsə, həmçinin əlamətlər gedib-qayıdandırsa və sağalmağa meyl göstərmirsə, onda allergik rinit daha çox düşünülməli və həkimə mütləq müraciət etməlidir.

Allergik rinit olan uşaqlarda ola bilər ki evdə olan bitkilərin çiçəklərinə qarşı qıcıqlanma olmasın. Lakin, açıq hava da, meşədə, çəməlikdə olan bitkilərə (çiçəklərin tozuna) qarşı allergik reaksiya şəklində özünü büruzə versin. Hətta polenlərlə tanaşı, evdəki toz, heyvan tükləri, tütün dumanı kimi allergenlərdə daha çox qıcıqlandıraraq səbəb ola bilərlər. Ailələr bu hallarda diqqətli olmalı ,xüsusən uşaqda xırılıtılı tənəffüs və ya öskürək müşahidə etdikdə həkimə müraciət etməlidirlər. Çünki, allergik rinit astma ilə bərabər rast gəlinən haldır. Uşaqlıq dövründə ilkin əlamətlər verən xəstəlik sonrakı dövrüdə uşağın bütün həyatına təsir edə bilər.

Allergiya verən maddə uşağa testlər edilərək təyin edilə bilinər. Bu testlər xüsusən dəridən olan testlərdir ki bunların cavabına uyğun olaraq uşağın allergiya müalicəsi başlaya bilər. Allergik testlər dəridən aparılan uşaqlarda 1-2 ayından aparıla bilinsə də, allergik rinitdə 1 yaşından yuxarı olması məsləhət görülür. Çünki, bu qıcıqlandırlarla uşaq bir müddət qarşılaşma və reaksiya yaranmalıdır. Diaqnoz uşaq allerqoloqu tərəfindən qoyulur.

Müalicəsi

Allergik rinit müalicəsində ilkin istiqamət allergenlərdən uzaq durmaqdır. Əgər uşağın allergiyası çiçək tozların (polenlərə) qarşısıdırsa onda uşaq tozlanmanın daha çox müşahidə edildiyi sahələrdən uzaq olmalıdır. Ətraf mühitdən qorunmaq tam mümkün olmadıqda dərman müalicəsi təsir edici metoddur. Bu dərmanlar uşaqların həyat keyfiyyətinə çox təsir edir. Bəzən dərman müalicəsi kifayət olmadıqda “immunoterapiya” üsulundan da istifadə edilə bilinər.  Müalicə uşaq allerqoloqu tərəfindən verilir.

 

Nərmin Əzizova

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertanı