Uşaqlar çox tərləyirsə...
Uşaqlarda tər vəzlərinin sayı böyüklərə nisbətən daha çox olduğuna görə uşaqlar daha çox tərləyirlər. Körpələrin döş əmərkən, yuxuda olarkən tərləməsi normal haldır.
Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.
Həkim qeyd edib ki, irsi meylilik, yüksək temperatur, qan azlığı, sinir sisteminin quruluşu, vitamin çatışmazlığı, qalxanvari vəzin xəstəlikləri, şişmanlıq, burun tıxanıqlığı, allergiyalar, antibiotiklərdən istifadə və kimi bir sıra səbəblərdən də tərləmə yarana bilər.
Tərləmənin qarşısını almaq üçün nə etmək lazımdır?
1. Otaqda havanın temperaturunu və nəmliyini düzgün tənzimləmək, otağın havasını dəyişmək, termometr vasitəsilə temperatura nəzarət etmək olar. Otağın havası 24-26 dərəcə normaldır.
2. Uşaqları qalın geyindirməmək lazımdır. Uşaqlar istiyə daha həssas olurlar. Ona görə temperatura uyğun, hava keçirən pambıq paltarlara üstünlük verilməlidir.
3. Bol maye qəbul etmək. Ana südü qəbul edən körpələrə isə ana südü yetərlidir, çünki südün 75-80% sudan ibarətdir.
Pediatr bütün bunlara rəğmən uşaqda hədsiz tərləmə şikayətləri yenə olarsa, həkim tərəfindən araşdırılmasını tövsiyə edib.
e-tibb.az