18 Sentyabr 2019

Uşağıma kitab oxumağı necə sevdirə bilərəm?

Dövrümüzdə inkişaf edən və uşaqları cəlb edən, əyləndirən televizorlar və komputerlər onların kitaba qarşı marağını yaratmağı daha da çətinləşdirmişdir. 20-30 il bundan əvvəl uşaqlara hədiyyə olaraq kitab verilirdi və klassik kitab qəhrəmanları uşaqlara maraqlı gəlirdi. Hazırda isə kitab qəhrəmanlarının yerini cizgi filmlərinin qəhrəmanları tuturlar.

Körpəlikdən bəri başlayaraq uşaqları rənglərlə, ana dili sözlərlə tanış edən kitablar, həm görünüş, həm də dil xüsusiyyətlərini inkişaf etdirərərək, uşağın oynama, əylənmə, görmə, eşitmə, toxunma yolu ilə tanımasına və kəşfetmək ehtiyacını qarşılamasına, yaradıcılıq və xəyal dünyasını, hisslərinin inkişaf etməsinə imkan verir.

Uşaq oxumaq vərdişini ilk əvvəl ailədən, sonra da məktəbdən əldə edir. Valideynlər əgər mütəmadi olaraq kitab oxuyurlarsa bu uşaqların oxuması üçün bir stimul mənbəyi (model) ola bilər.

Uşaqların kitabları sevmələri, körpəlikdən etibarən inkişaf xüsusiyyətlərini anlama, fiziki, zehni və psixoloji vəziyətinə təsir edir.

Uşaqların kitabla əlaqəsi uşağın oxumağı və yazmağından çox əvvəl körpəlik dövründən etibarən başlayır. Ona görə də artıq körpəlik dövründən etibarən uşağı kitabla tanış etmək lazımdır.

Yaş dövrlərinə görə kitab xüsusiyyətləri aşağıdakı kimi olmalıdır:

0-3 yaş:

  • Musiqili, səsli;
  • Toxuna biləcəyi sahələri stimullaşdıraraq;
  • Tanış obyektlərin olduğu;
  • Az sözlü və bu sözlərə aid bol şəkilləri olan ( heyvan, əşya kimi);
  • Asan cırılan keyfiyyətdə olmayan;
  • Əllərinin ölçülərinə uyğun olmalı.

Bu şəkilli kitablara toxunma ilə bu dövr başlayır. Bunlar körpənin ətrafı tanımasına, ətrafla əlaqə qurmasına, dilinin inkişafına, başa düşmə qabiliyyətinin artmasına kömək edəcəkdir.

3-5 yaş:

  • Qəhrəman fiqurları olan nağıllar;
  • Həyata aid tanış olan vəziyyətləri başa salan;
  • Obyektlərin sinifləndirə biləcəyi;
  • Aydın çəkilmiş şəkilli;
  • Xəyal dünyasını inkişaf etdirə biləcəyi nağılların olduğu;
  • Mövzuları sadə, şəkilləri ilə hekayə izah oluna biləcək.

Uşağın oxuya biləcəyi kitablardan istifadə onun həm qavrama həm də başa düşməsinə kömək edəcəkdir. Həmçinin şəxs kimi formalaşmasına, öyənmə istəməsinə və marağının yaranmasına, sual soruşmasına təşvik edəcəkdir.

5-8 yaş:

  • Hekayələri maraqlı olan;
  • Qavramaq və söz inkişafına səbəb olan;
  • Xarakterləri güclü;
  • Sadəcə yaxşı və doğru deyil, pis və səhv xarakterləri göstərən;
  • Uşaq tərəfindən aydın söz yığını olan;
  • Həqiqi hekayələrdən hazırlanmış;
  • Yeni məlumat öyrədən;
  • Oxumağı yeni öyrənən uşaqlar üçün qısa və böyük hərflərlə yazılmış;
  • Uşağın maraq dairəsinə daxil olan kitablar olmalıdır.

Uşaq xəyal gücündən istifadə edərək yeni fikirlər deyə, yeni şeylər yoxlaya, hissi və fikirlərini tanıya, sözləri düzgün istifadə etməyi öyrənir.

8-12 yaş

  • Uşağın xarakterinə və zövqünə uyğun;
  • Ana dilinin istifadə edildiyi;
  • Yaradıcılığını inkişaf etdirə biləcəyi;
  • Münasibətləri göstərən, yaxşı və pis qəhrəmanların göstərildiyi;
  • Fərqli mədəniyyətləri tanıya biləcəyi, dünyəvi;
  • Həssas, macəra (sərgüzəştlər)olan, öyrədici ya da nəticəsi (yəni sonluğu mənalı) olan kitablar seçilməlidir.

Maraq dairəsinə aid olan hər yeni məlumat və qəhrəman uşağı həyəcanlandıracaq onun oxuma istəyini artıracaqdır.

Uşağın kitab oxumasını sevməsi üçün nə edə bilərik?

  • Valideyn olaraq siz ilk öncə övladınıza kitab oxuyaraq nümunə ola bilərsiniz;
  • Kitab oxumaq üçün xüsusi vaxtlar ayıra bilərsiniz;
  • Kitab oxuyarkən mimikalar və səs tonunuzdan istifadə edərək kitabdakı hekayəni uşağın xəyalında canlandıra bilərsiniz;
  • Kitab oxumağı sevmək kitabı tanımaqla başlayır. Kitabxanaya uşağı apararaq özünün kitab seçməsinə imkan verməlisiniz;
  • Sizin oxuduğunuz ya da özünün oxuduğu kitabı atasına, qardaşlarına və ya dostlarına danışmağa şərait yaradaraq oxumanın dəyərini, ətrafındakılara fikirləri ilə başa salmağı, həmçinin, fikirlərini paylaşaraq münasibət qurmağı da öyrənəcəkdir;
  • Xüsusi günlərdə ona ya da dostlarına kitab hədiyyə edə bilərsiniz;
  • Otağında kitablarını yerləşdirə biləcəyi kiçik kitabxana yarada bilərsiniz;
  • Kitablarını dostları ilə paylaşaraq, həmçinin kitabxanadan kitab götürərək istifadə etməyi də uşağınıza öyrədərək onun marağını daha da artıra bilərsiniz.

Mütəxəssis pediatr Dr. Nərmin Əzizova

 

 

01 Oktyabr 2019
Uşağınız özü də hiss etmədən əlini ağzına aparır, barmağını əmir ya da dırnağını yeyirsə və…
10 Sentyabr 2019
Bu gün uşaqlar arasında kifayət qədər geniş yayılan dəmir çatışmazlığı bir sıra problemlərə yol açır.…
23 İyul 2019
Uşağın udduğu kənar cisimlər: bəzən yalnız endoskopik şöbədə kənarlaşdırılır. Yay fəsli hər bir valideyn üçün…