Talassemiya Mərkəzində yeni il şənliyi keçirilib

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə, Talassemiya Mərkəzində müalicə alan pasiyentlər üçün yeni il şənliyi təşkil olunub.

Şənlikdə pasiyentlərə yeni ilin simvolu olan Şaxta baba və Qar qız tərəfindən müxtəlif hədiyyələr təqdim edilib. Daha sonra Mərkəzdə müalicə alan talassemiyalı, leykozlu və sümük iliyi köçürülmüş xəstələr ilə görüşən Şaxta baba və Qar qız onların arzu-istəklərini dinləyib və istəklərinə uyğun olaraq hədiyyələr təqdim edib.

Bayram tədbiri 28 və 29 dekabr tarixlərinə kimi davam edəcəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı