Süd verən analar necə qidalanmalıdırlar?

Ana olmaq xoşbəxtlikdir. Bu işin ən unudulmaz tərəfi isə körpəyə süd əmizdirməkdir. Anaların hər biri övladına neçə müddət süd verəcəyini özü müəyyənləşdirir. Kimisi 6 ay, kimisi də 2 il müddətində bu xoşbəxtliyi yaşayır. Ana südünü miqdarı və keyfiyyəti birbaşa olaraq ananın qəbul etdiyi qidadan asılıdır. Buna görə də ana ilk növbədə qidalanmasına diqqət yetirməlidir.
Medicina.az süd əmizdirən anaların qida rasionunu təqdim edir:
Adətən süd əmizdirən analar üçün bir sıra qadağalar mövcuddur. Uşağa mənfi təsir edə biləcəyi üçün onlara hər qidanı yeməyə icazə verilmir. Amma ananın iştahı gün gündən artır, qadağalar isə çoxalır. Belə olan halda vəziyyətdən necə çıxmaq lazımdır? Cavab çox sadədir – düzgün və balanslaşdırlmış qidalanmaq.
Laktasiya (süd əmizdirmə) dövrünün ilk aylarında analar üçün tərtib olunmuş ümumi qida rasionu aşağıdakı kimidir:
•Süd məhsulları – kefir, pendir, qatıq
•ət – mal əti, quş əti
•balıq – bütün balıq növləri
•dənli bitkilər – düyü, qreçka, qarğıdalı, qlütensiz makaronlar
•tərəvəzlər – ağ və yaşıl tərəvəzlər, balqabaq, turp, gül kələmi, brokkoli
•meyvələr – alma, banan, ərik, xurma, gilas
•içkilər – çay, kompot, itburnu dəmləməsi
•şirniyyat – marmelad, zefir, peçenye
•turşular – yalnız zeytun turşusu
Onu da qeyd edək ki, adı çəkilən qidaları həddən artıq yemək məsləhət deyil.
Süd əmizdirən ananın sutkalıq menyusu:
•Su – 2 l-dən az olmayaraq
•Ayran – 500 ml
•Südlə çay – 150 ml-dən çox olmayaraq
•Yağslz ət və balıq növləri – 200-300 qr
•Yarmalar – 100 qr
•Pendir – 20-30 qr
•Kəsmik – 100-150 qr
•Xama – 20 qr
•Tərəvəzlər – 500-600 qr
•Meyvələr – 200-300 qr
•Kərə yağı – 30 qr
•Bitki yağı – 15 qr
•Kəpəkli çörək – 200 qr
•Yumurta -1 ədəd
Kim üçünsə çox görünən  bu qidalar əslində, individual olaraq ananın çəkisindən boyundan, həyat tərzindən və əmzidirdiyi uşaqların sayından asılı olaraq dəyişə bilər.
Sonda qeyd etmək lazımdır ki, hər bir halda uşağın qidaya qarşı olan allergiyasını öyrənib ona görə davranmaq lazımdır.

Medicina.az