Şəkidə 11 yaşlı uşağın ÖLÜM SƏBƏBİ açıqlandı

Şəkidə ölən 11 yaşlı uşaq kəskin ürək çatışmazlığı və assit (qarın boşluğunda mayenin yığılması) diaqnozu ilə xəstəxanaya yerləşdirilibmiş.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Avqustun 22-si saat 09:10-da bir nəfər (kişi cinsli) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və assit (qarın boşluğunda mayenin yığılması) diaqnozu təyin olunub.

Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, saat 10:20 radələrində ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

Aygün Mirakif

Şəkidə 11 yaşlı uşaq qəfil ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cumakənd kəndində baş verib.

Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayevin qəfil halı pisləşib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R.Ağabalayev ürək çatışmazlığından xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli