Sabirabadda 3 yaşlı oğlan kanalizasiya quyusuna düşdü
Sabirabadda 3 yaşlı oğlan boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Avanews.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Nizami kənd sakini, 2015-ci il təvəllüdlü İsgəndərli Cahid Nahid oğlu ayaqyolunun quyusuna düşüb.
Azyaşlı uşaq boğulma (asfiksiya) diaqnozu ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
APA
Avanews