Saatlıda 8-ci sinif şagirdi vəfat etdi

Saatlı rayonunda 8-ci sinif şagirdi vəfat edib.
Oxu.Az xəbər verir ki, rayonun S.Vurğun adına 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Bikə Mirzəxan qızı Abbasova uzun sürən xəstəlikdən sonra həyatını itirib.
Onun son illərdə xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilib.
Əli Məmmədov