PFAPA sindromu
Uşağınızın tez-tez təkarlanan yüksək qızdırmadan əziyyət çəkir?
Belədirsə, PFAPA sindromu barədə aşağıdakı məqaləyə diqqət yetirməyinizi tövsiyyə edirik.
Uşaqlarda təkrarlanan qızdırmanın səbəbləri arasında daha çox orta qulaq iltihablanması, boğaz ağrısı, sidik yolu infeksiyası göstərilir. Hər bir uşaq bir il ərzində 7- 8 dəfəyə qədər yuxarı tənəffüs yolu infekiyası keçirməsi normaldır. Bağça və ibtidai sinifə getmə dövrlərində bu infeksiyalaşma hallarının sayı 10- 12 yə qədər çıxa bilər.
Lakin ritmik (periodik) olaraq təkrarlayan müalicəyə çətin tabe olan qızdırma hallarında “təkrarlayan qızdırma sindromu” unutmamaq lazımdır.
PFAPA sindromu zamanı- infeksiya faktoru olmadan orqanizmdə hərarətin yüksəlməsi müşahidə edilir. Müalicə təyin olunmasına baxmayaraq xəstəlik dövrü 3-10 gün arası çəkir.
Hər dəfəsində eyni şikayətlər təkrarlanır və xəstələr zaman- zaman badamcıqların kəsilməsi və ya apendektomiya əməliyyatı keçirirlər. Bu tip təkrarlayan qızdırmaların ən sıx səbəbi PFAPA sindromudur.
PFAPA sindromunun əsas əlamətləri aşağıdakılardır:
- Uşaqların ‹ 5 yaş altı olması
- Yuxarı tənəffüs yolları əlamətləri: stomatit, farengit, limfoadenit hallarının olması
- Tsiklik netropeninin olmaması
- Ataklar arasında əhval ruhiyyənin yaxşı olması
- Böyümə və fiziki inkişafın normal olması
3-7 gün davam edən 38-41 ° C qızdırma ilə bərabər ağız içində olan aftlar (ağzın selikli qişasında ağ ləkə şəklində olan kiçik xoralar), boğaz iltihabı və boyunda limfa vəzilərinin şişməsi ilə özünü büruzə verir. Bəzi uşaqlarda bunlarla yanaşı olaraq qarın ağrısı və baş ağrısı şikayətləridə müşahidə edilir. Artıq 38-41 ° C arasında dəyişən hərarətin nə zaman yenidən müşahidə ediəcəyi ailələr tərəfindən təxmin edilə bilər.
Bu əlamətlərə diqqət edin:
- Uşağın qızdırması 3-7 gün davam edir və anidən normallaşırsa,
- Qızdırma ilə yanaşı qarın ağrısı, titrətmə, qusma, bulantı, tərləmə, əzələ ağrısı, oynaq ağrısı varsa,
- Boyunda limfa vəziləri iki tərəfli şişirsə,
- Qızıdrma ani düşməyə meyilli olub və qızdırma düşdükdən sonra uşağın ümumi vəziyyəti yaxşılaşırsa,
- Ataklar arasında uşaq özünü gümrah hiss edirsə, uşağınız PFAPA sindromu ola bilər.
PFAPA sindromu zamanı tez-tez təkrarlanan ataklara baxmayaraq uşaqda fiziki inkişafın ləngiməsi müşahidə olunmur. Qan analizlərinə əsasən atak sırasında iltihabi göstəricilərində yüksəlmə halı görülsə də, lakin bakterioloji müayinələrdə heç bir infeksion faktor aşkarlanmır (əsnəkdən yaxma və s.)
PFAPA sindromunun ən vacib xüsusiyyəti yaş artdıqca ataklar arasında müddətin uzanmasıdır. 4-8 il ərzində öz- özünə yaxşılaşma müşahidə edilir.
PFAPA sindromu təsdiqlənən uşaqlarda atak başladığı anda kortizol verilərək xəstəlik kontrola alınır. Bu metodla ataklar arasında müddət uzanır.
Kortizol fayda vermədiyi hallarda adenoidlərin və badamcıqların əməliyat olunması halı tövsiyyə oluna bilər.
Dr. Samirə Nağıyeva