Nəfəs tutma atakları (Katılma tutmaları) nədir?

Əgər kiçik yaşlı uşağınız ağlama dövründə ani yaranan və ya narahatlıq sonrasında nəfəs ala bilməməyə başlayıb, sonradan dəri rəngi göyərir və ya solğun rəng olursa (hətta bəzi hallarda huşunu itirərsə) uşağınızın nəfəs tutma atakı keçirməsi ola bilər. Bu hal təqribən 20 uşaqdan birində rast gəlinir.

6 ay – 6 yaş arası müşahidə edilsə də xüsusən, 1-3 yaş arası daha çox rast gəlinir. Kiçik yaşlı uşaqlarda görülən bu nəfəs tutma atakı valideynləri çox narahat etsə də, əslində təlaş keçirməyə ehtiyac yoxdur.

Əsasən 1 dəqiqədən az davam edir. Hətta sağlam uşaqlar arasında da ola bilər.

Xüsusən uşaqda ağlama ağrıya, qorxuya, hirslənməyə, arxaya yıxılmağa, başını vurmaya və ya gözləmədiyi bir hadisəyə bağlı olaraq başlaya bilər. Uşaq ağlamağa  başlayır, dərin nəfəs alır və sonra isə nəfəsini tutur. Uşaq sanki nəfəssiz qalmış kimi səssizləşir, rəngi göyərir və ya solur (xüsusən dodaq ətrafında) müşahidə edilir. Uşaq qışqırmaq üçün ağzını açır ancaq səsini çıxara bilmir. Çox vaxt bu vəziyyət 1 dəqiqəni keçmir, uşaq təkrar nəfəs almağa başlayır və özünə gəlir. Bəzən isə uşağın ağlama və nəfəs alına bilmədiyi dövr ümumi əzələ yığılması ilə davam edir və huşunu itirməklə nəticələnir.  Bu hallarda valideynlər xüsusən narahatlıq keçirirlər. Huşunu itirməklə görülən klinik hallar hətta epileptik tutma kimi gözlərdə sürüşmə, titrəmə, başını geriyə atma, bədənini məcburi vəziyyətə gətirmə, qol və ayaqlarda atma, tərləmə və ya altını islatma şəklində də klinik tablo ilə müşahidə oluna bilinər. Huşun itməsinə əsas səbəb beynin qısa müddətli oksigen çatışmazlığına bağlı olaraq qorunma reaksiyasıdır. Əsasən normal nəfəs alıb vermə ilə tez bir zamanda bərpa olur. Beləliklə, uşaq özünə tez qayıdır. Ona görə də nəfəs tutma atakların da beyin zədələnməsi və ya həyati təhlükə gözlənilmir.

Nəfəs tutma ataklarının səbəbi

Bu atakların əsas səbəbi əsasən ailəvi – irsi olur. Aparılan elmi təcrübələrə əsasən ailələrin 20-25%-də uşaqlıqda nəfəs tutma atakları keçirdiyi öyrənilmişdir. Əsasən uzun müddət ana və ya inək südü ilə qidalanan, çay içən, dəmirdən kasad olan qidalar  yeyən uşaqlarda daha çox rast gəlinir.

Diaqnozu

Xüsusi olaraq hər hansı bir testlə diaqnoz demək olmur. Həkiminizə izah etməklə və ya video göstərərək şikayətinizi izah edə bilərsiniz. Bu xəstələrdə əsas qan analizinə baxılmalı və qanda dəmir yoxlanılmalıdır. Elmi tədqiqatlarda dəmir prepartaların başlanması ilə bu tutma atakların azaldığı müşahidə edilmişdir.

Nəfəs tutma ataklarının müalicəsi 

Uşaqlarda nəfəs tutma atakları müxtəlif tezlikdə rast gəlinə bilinər. Bu ataklar gündə bir neçə dəfədən ildə bir neçə dəfəyə qədər dəyişə bilər. Əgər uşağınızda qansızlıq və ya dəmir səviyyəsi aşağıdırsa, dəmir preparatları verilməlidir. Nəfəs tutma ataklarının müalicəsində müşahidə edilmişdir ki, bu uşaqların çox qismində dəmir defisitli anemiya vardır. Dəmir preparatları effektiv olmadıqda həkiminizin məsləhəti ilə nevropatoloq həkimin konsilumunu ala bilərsiniz.

Huş pozulması olduqda uşağı dik pozisyaya gətirmək, suyun altına salmaq, masaj eləmək, üzünə üfürmək, ağzını açmağa çalışmaq, uşağı silkələmək düzgün deyildir. Uzağınızı yataq vəziyyətdə, yana çevirərək saxlamaq qan axışını beynə yaxşılaşdıracaqdır. Nadir hallarda nəfəs tutma atakı 1 dəqiqəni keçir. Tez belə halda təcili tibbi yardıma zəng edilməlidir. Əgər uşaq 3 dəqiqədən sonra nəfəs almırsa heç gözlənilməməli təcili yardıma başlamaq lazımdır. Çalışın nəfəs tutma atakını qıcıqlandıran amili müəyyənləşdirin. Nəfəs tutma atakı keçirən uşaqlar tutma sonrasında heç bir şey baş verməmiş kimi həyatına davam edər və oynayar. Nəfəs tutma atakları uşağınız da istəmədən olur. Ona görə də bu səbəbdən övladlarınızı cəzalandırmayın və ya danlamayın.

Nəfəs tutma atakları ilə epilepsiya arasında fərq nədir?

Nəfəs tutma atakları epilepsiya kimi görünə bilər amma əslində çox fərqli klinik xüsusiyyətlərə malikdir.  Epilepsiyadan fərqli olaraq nəfəs tutma ataklarında həmişə əvvəlcə ağlama verən qıcıqlandırıcı bir vəziyyət olmalıdır. Bu əlamətin olması və həmişə oxşar mexanizmin olması həkiminizin nəfəs tutma atağı düşünməsinə səbəb olur. Nəfəs tutma atakları əsasən 3-4 yaşında ən gec isə 6 yaşında öz-özünə bitir.

Nəticə olaraq katılma tutmaları öz-özünə keçən və dəmir çatışmazlığına bağlı olan vəziyyətdir. Uşağınızda belə bir vəziyyət olubsa və bu hal təkrarlanırsa mütləq həkim müayinəsindən keçmək məsləhət görülür.

Mütəxəssis pediatr Dr.Nərmin Əzizova