Körpənin Hərəkətlə Böyüyən Dünyası: Neyromotor İnkişaf Bələdçisi. Həkim Nərmin Əzizova

Ümumi məlumat

Körpələrdə neyromotor inkişaf, sinir sisteminin yetkinləşməsi ilə bədənin əzələ və hərəkətlərinə nəzarətin tədricən formalaşdığı təbii bir prosesdir. Bu inkişaf ilkin reflekslər – köklənmə və tutma ilə başlayır və getdikcə daha mürəkkəb bacarıqlar olan yuvarlanma, oturma, yerimə ilə davam edir.

Əksər körpələr 12-15 ay arasında yeriməyə başlayır, təxminən 90%-i isə 18 aya qədər bu mərhələyə çatır. Genetik amillər, ətraf mühit, erkən təcrübələr və fiziki aktivlik inkişafın sürət və keyfiyyətinə təsir edir. Araşdırmalara görə, erkən yaşlardan aktiv olan uşaqlarda sonrakı mərhələlərdə motor bacarıqları daha inkişaf etmiş olur.

Körpələrdə neyromotor inkişafın gecikmə səbəbləri

  • Genetik xəstəliklər – Daun sindromu, Serebral iflic
  • Vaxtından əvvəl doğuş – 37 həftədən əvvəl dünyaya gələn körpələrdə orqan və sistemlərin yetkinləşməməsi inkişafın gecikməsinə səbəb ola bilər.
  • Ətraf mühit faktorları – Toksinlərə məruz qalma, qidalanma pozğunluğu, stimullaşdırmanın olmaması motor və idrak inkişafına mənfi təsir göstərə bilər.

Frontiers | Starting at Birth: An Integrative, State-of-the-Science Framework for Optimizing Infant Neuromotor Health

İnkişafda gecikmə əlamətləri

Mental inkişaf üzrə narahatedici əlamətlər

Yaş Əlamətlər
0-1 ay Yüksək səslərə reaksiya yoxdur
2 ay Səslərə və üzdəki mimikalara reaksiya vermir
4 ay Gülümsəmir, əşyaları izləməz, səs çıxarmır
6 ay Əşyaları tutmur, səslərə dönmür, qığıldamır
9 ay Tanıdığı insanlara reaksiya vermir, səssizdir
12 ay Adına cavab vermir, “yox” sözünü anlamır
15 ay Sadə sözlər demir, işarə etmir
18 ay 6 söz ifadə edə bilmir, əşyaların funksiyasını anlamır
24 ay Sadə əmrləri yerinə yetirmir, 2 sözlü cümlə qurmur
36 ay 3 sözlü cümlə demir, oyun oynaya bilmir
48 ay “Bənzər və fərqli” anlayışlarını başa düşmür, suallara cavab vermir
60 ay Rəngləri tanımır, real və xəyali oyunları ayıra bilmir

Psixi-emosional inkişaf üzrə narahatedici əlamətlər

Yaş Əlamətlər
6 ay Gülümsəməmək, sevindirici reaksiya olmaması
9 ay Qarşılıqlı mimika və səslərin olmaması
12 ay Adla çağırıldıqda reaksiya yoxdur, hecalama və jestlər yoxdur
15 ay İşarə ilə istək bildirmir, söz ehtiyatı yoxdur
18 ay Xəyali oyunlar və jestlər yoxdur
24 ay 2 sözlük mənalı cümlələr demir
Hər yaşda Əvvəllər olan bacarıqların itməsi (hecalama, sosial münasibət və s.)

Motor inkişaf üzrə narahatedici əlamətlər

Yaş Əlamətlər
4 ay Üzü üstə zəif baş saxlama, dəstəkli oturmada çətinlik
9 ay Dəstəksiz otura bilmir, ayaqlardan dəstək almır
18 ay Dəstəksiz yeriyə bilmir
Hər yaşda Əl və ayaqlarda simmetriya pozğunluğu, əvvəl bacardığı hərəkətlərin itməsi

Aylara görə normal neyromotor inkişaf

Yaş Bacarıqlar
2 ay Əllər yumruq formasındadır, başını qaldıra bilir, səslər çıxarır
3 ay Başını saxlaya bilir, əşyaları izləyir, qığıldayır
4 ay Əlini əşyalara uzadır, başını səslərə yönəldir
5-6 ay Arxadan üzü üstə çevrilir, əşyaları bir əlindən digərinə keçirir
7-8 ay Dəstəkli otura bilir, əşyalara uzanır, hecaları təkrar edir
9-10 ay Dəstəksiz oturur, tutaraq ayaqda durur, “bay-bay” edir
11-12 ay Köməklə yeriyir, sadə sözlər deyir, sadə əmrləri yerinə yetirir
13-15 ay Öz başına yeriyir, əşyanı göstərə bilir, qaralama çəkə bilir
18 ay Pilləkənlə qalxır, top atır, kub qura bilir, bədən üzvlərini tanıyır
24 ay Qaça bilir, 2-3 sözlük cümlələr qurur, kitab səhifələrini çevirir
2-3 yaş Rahat qaçır, tualet təliminə başlayır, pilləkən qalxır və düşür
4-5 yaş Tək ayaq üstündə durur, velosiped sürür, dairələr çəkir
4-6 yaş Tək ayaqla tullana bilir, özünü geyindirir, rol oyunları oynayır

Charting infants' motor development at home using a wearable system: validation and comparison to physical growth charts - ScienceDirect

Nəticə

Neyromotor inkişaf körpənin refleks hərəkətlərindən başlayaraq yerimə, qaçma və koordinasiya tələb edən fəaliyyətlərə qədər inkişaf prosesini əhatə edir. Genetik faktorlar və ətraf mühitin rolu bu inkişafda mühüm yer tutur. Zamanında fərq edilən gecikmələr və müdaxilə, uşağın gələcək inkişafı üçün çox vacibdir.


Nərmin Əzizova,

Pediatriya.az saytının təsisçisi