Kəkələmə nədən yaranır?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin açıqladığı məlumatda bildirilir ki, Ümumdünya Kəkələmə Günü Kanadanın Nitq Patologiyası və Audiologistlərinin təşəbbüsü ilə hər il 22 oktyabr tarixdə qeyd edilir.

Kəkələmək nitqin əhəmiyyətli bir pozuntusudur və səslərin, hecaların, sözlərin tez-tez təkrarlanması və ya uzadılması, nitqin tez-tez dayanması və ya qətiyyətsizliyi, ritmik axınının pozulması ilə xarakterizə olunur. Statistikaya görə, dünyada 3 milyona yaxın insan oxşar problemlər yaşayır. Kəkələmənin səbəbləri hələ tam müəyyənləşdirilməyib.

Bildirilir ki, Böyük Britaniya, Kanada, Avstraliya və Cənubi Afrika kralı VI George kəkələmədən əziyyət çəkirdi. O, hələ XX əsrin əvvəllərində kəkələmənin müalicəsi üçün nitq terapiyasının əhəmiyyətini qəbul edərək, bu istiqamətdə araşdırma və reabilitasiya işlərinin aparılmasının vacibliyini hesab edirdi.

Azərbaycan Tibb Universitetinin bu günlə bağlı məlumatında deyilir ki, xəstəliklərin beynəlxalq təsnifatına əsasən, kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, həmçinin danışıqda tez-tez fasilə verilməsi ilə xarakterizə olunan nitq qüsurudur.

1998-ci ildən başlayaraq hər il oktyabrın 22-də dünyada Beynəlxalq Kəkələyənlər Günü qeyd edilir.

Dünya əhalisinin təxminən bir faizi kəkələmədən əziyyət çəkir. Bu problemə daha çox oğlanlar arasında rast gəlinir və 2-6 yaş dövründə daha aktiv hiss edilir.

Kəkələmənin yaranma səbəblərinin müxtəlif olduğu bildirilir. Amma əsasən hamilə vaxtı qadının travma alması ilə əlaqələndirilir. Qorxu, şiddət və güclü həyəcan problemin yaranma səbəblərindən biridir.

Loqopedik ədəbiyyatlarda nitqin ahəngdarlığının pozulması danışıq aparatı əzələlərinin qıcolması ilə əlaqdar hal hesab olunur.

Cəmiyyətin kəkələyən adamlara yanlış münasibət isə stressə və özünə qapanmaya səbəb olur. Kəkələyən uşaqlar əksər hallarda istehza hədəfinə çevrilir.

Qeyd edilib ki, kəkələməni aradan qaldırmaq üçün müxtəlif terapiyalardan, nəfəs məşqlərindən istifadə olunur.

e-tibb.az