Keçid dövründə davamlı tibbi təhsilin tətbiqi
Davamlı tibbi təhsilin (DTT) tətbiqinə başlanmasından sonrakı 5 il (2018-2022-ci illər) DTT-nin tətbiqi üzrə keçid dövrü hesab olunur. Keçid dövründə həkimlərdən sertifikasiyaya qədər qalan hər il üçün minimum 48 kredit toplanması tələb olunur. Eyni zamanda DTT-nin tətbiqi ölkənin səhiyyə ictimaiyyəti üçün yenilikdir. Bu səbəbdən keçid dövrü həkimləri DTT-nin səmərəli tətbiqinə hazırlamaq məqsədi daşıyır. Keçid dövründə tibbi peşəkar cəmiyyətlərin də DTT üzrə tədbirlərin təşkilində fəallaşması müşahidə olunur. Həkimin DTT ilə bağlı sənədləşdirmə işini asanlaşdıran “Həkimlər üçün davamlı tibbi təhsil kabineti” bu il istifadəyə verilmişdir.
Həkimlərin sertifikasiyaya cəlb olunmasında DTT ilə bağlı keçid dövrü nəzərə alınacaqdır.