Goranboyda 3 yaşlı uşaq binadan yıxıldı

Goranboyda 3 yaşlı oğlan uşağı binadan yıxıllb, durumu ağırdır

Publika.az xəbər verir ki, hadisə yeni köçkün şəhərciyi bina 4, mənzil 21-də baş verib. Ehtiyatsızllq nəticəsində 2020-ci il təvəllüdlü Novruzəliyev Əli Musa oğlu hündürmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılaraq sərt şəkildə yerə çırpılıb.

Dərhal rayon xəstəxanasına çatdırılan yaralı körpə ilkin tibbi yardım aldıqdan sonra təcili Gəncə klinikalarından birinə köçürülüb. Durumu ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, yıxılan uşaq qəsəbədə müvəqqəti məskunlaşan hərbiçi ailənin övladıdır.

Ehtiram Muradov