Gəncədə üç yaşlı uşaq faciəvi şəkildə ölüb

Gəncədə üç yaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.

“Ölkə.az” xəbər verir ki, 2022-ci il təvəllüdlü M.M. ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsindən yıxılıb.

Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.