Uşaqlarıda gecə vaxtı yerini islatmalar (enürezis nokturna) barədə qısa məlumat - Həkim Nərmin Əzizova

Gecə vaxtı yerini islatmalar (enürezis nokturna)

Gecə vaxtı yerini islatma uşaqda ən çox rast gəlinən problemlərdən biridir. Əgər 5 yaşdan yuxarı olan uşaq gecə sidiyi saxlaya bilmirsə və yerini isladırsa buna tibbi dildə enürezis nokturna deyilir. Bu sinir sisteminin bu yaşda inkişafının formalaşması ilə əlaqədardır. 5 yaşında bu problem 15% uşaqda müşahidə edilirsə, uşağın yaşı artdıqca tədricən azalır. 15 yaşında bu problem artıq 1 %-ə qədər düşür.

ENÜREZİS (ALT ISLATMA) – Dr Neslihan LEVENT

Ailələr enürezis nokturna problemi ilə üzləşdikdə diqqətli olmalıdır. Belə ki, enürezis nokturnanın iki qrupu vardır. Bunu ailələr özləri uşaqlarını müşahidə etməklə ayırd edə bilərlər. Əgər uşağınız gündüz saatlarında sidiyini saxlaya bilməyib alt paltarına qaçırırsa, qəfil sıxılaraq tualetə gedirsə və ya tualetə çatmayıb alt paltarına edirsə, az-az sidiyə gedirsə, davamlı olan xronik qəbizlik şikayətləri ilə bərabər gecə sidik qaçırması varsa bu non-monosimptomatik enürezis nokturnadır. Bu sadaladıqlarımızdan heç biri olmayıb yalnız gecə yerini islatma varsa bu monosimptomatik enürezis nokturnadır. Bu bölgünün aparılması vacibdir çünki, müalicə mexanizmləri də diaqnoza uyğun aparılmalıdır.

Yatak Islatma Tedavisi – Prof. Dr. Sinan Ekici Kliniği Hızlı Teşhis ve Güvenilir Tedavi

Səbəblər:

Enürezis nokturnada genetik səbəbin olduğu bildirilir. Gecə yerini islatma da 3 əsas faktor rol oynayır.

Birincisi oyanma pozğunluğudur. Bu uşaqlar sidik kisəsinin dolduğunu dərk edə bilmir və ya dərk etsə də yuxudan oyana bilmir. Bu uşaqların bir çoxu artıq yerləri islandıqdan sonra hiss edib oyanırlar. Sinir sisteminin formalaşması ilə yuxudan oyanma bu uşaqlarda düzəlir.

İkincisi gecə yerini isladan uşaqlarda sidik kisənin funksional olaraq tutulum azalması və ya sidik kisənin gecə aktivliyinin artmasıdır.

Üçüncü olaraq bu uşaqlarda gecə sidik yaranma miqdarının artmasıdır. Bunun əsas səbəbi gecə yatmadan çoxlu miqdarda çox su içilməsi və ya hormonal ifrazın (ADH) az olması ilə əlaqədardır.

Valideynlər xüsusən diqqət etməklə bu problemin təkcə yerini islatmaq yoxsa digər islatma problemləri ilə əlaqədar olub olmadığını başa düşə bilərlər. Buna əvvəlcən diqqət edilməyibsə ailələr bunu dinamik olaraq qeyd etməlidirlər.

İlk olaraq bu problemin çox rast gəlindiyi və yaş artdıqca get gedə azalacağı nəzərə alınmalıdır. Uşaqların yatmazdan öncə 2 saat əvvəldən maye qəbulu (su,çay və s) azaldılmalıdır. Mütləq olaraq yatmamışdan əvvəl və yuxuya getdikdən 2 saat sonra oyandırıb uşaq tualetə aparılmalıdır. Axşam duzlu qidalar yedizdiriləməlidir. Əgər qəbizlik problemi varsa bu həll edilməlidir. Məsələn, lifli qidalar yeyilməli, səhər nəcisə çıxmaq rutin təşkil olunmalı, ya da yemək yedikdən 15-20 dəq sonra uşağın tualetə getməsi və nəcisə çıxması lazımdır. Uşağın gecə islatmadığı günlər onu mükafatlanıdrmaqla daha da marağını artırmaq olar.

Enürezis (Yatak Islatma) | MedikaLex Online Tıbbi Ansiklopedi

Əgər bu problem ailə və uşağa ciddi problem yaradırsa mütləq həkimə müraciət edilməli və dərman müalicəsi başlanılmalıdır. Bəzən isə valideynlərə siqnal metodu ilə olan cihazlardan istifadə edilməsi məsləhət görülür. 80% effektiv olan bu metod dərmanla müalicəyə nisbətən nəticələr daha gec əldə edilməsinə baxmayaraq problemin təkrarlanma riski daha aşağıdır.  Qeyd edək ki, gecə yerini islatma halına ailələr tərəfindən diqqətlə nəzarət olunmalıdır, lakin bu uşaq üçün psixoloji gərginliyə səbəb olmayaraq həll edilməlidir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertanı,

Azərbaycan Tib Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı,

Pediatriya.az saytının təsisçisi

Nərmin Əzizova