Cənub bölgəsində yeni liseylər fəaliyyətə başlayır

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 2 ümumi təhsil müəssisəsinin statusu dəyişdirilərək liseyə çevrilib.
“Azərbaycan müəllimi” LARTİ-yə istinadən xəbər verir ki, Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü məktəb-lisey və Astara şəhər Ceyhun Babayev adına 3 nömrəli tam orta məktəb bundan sonra Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü lisey və Ceyhun Babayev adına Astara şəhəri liseyi adlanacaq.
Qeyd edək ki, liseylərə qəbul 16-17 avqust tarixlərində VII-IX siniflər üzrə aparılacaq.