Baku Medikal Plaza, Dr. İftixar Qurbanov: Uşağınız üçün ayaqqabı seçərkən diqqətli olun!
Uşaqlıq dövründə ayaq sağlamlığının qorunması uşağın gələcəkdə yeriməsində mühüm rol oynayır. Ayağın sağlamlığını qoruyan ayaqqabıları uşaq yeriməyə başladığı ilk andan seçmək lazımdır. Bu səbəbdən də “böyüyəndə də geyinər” deyib çox böyük ayaqqabı almaq lazım deyil. Ayaqqabı seçərkən bilməli olduğunuz şeylər və ayaqqabı seçimində ən çox edilən səhvlər bunlardır.
Körpələr 10-18 ay arasında yeriməyə başlayır və bundan sonra uşaqların ayaqqabıya ehtiyacı yaranır. Bəs uşaq üçün ayaqqabı necə alınmalı, ayaqqabı ölçüsü nə vaxt yenilənməlidir?
Uzman ortoped-travmatoloq Dr. İftixar Qurbanov deyir: “İki yaşa qədər uşaqların ayaqları dörd aydan bir 2 ölçü, 2 yaşından sonra isə 6 aydan bir 2 ölçü böyüyür. Lakin valideynlər bu səbəbdən uşaqlara böyük ölçüdə ayaqqabı almamalıdır”.
Bəs ayaqqabı seçərkən nələrə diqqət etmək lazımdır?
1. Ayaqqabını uşağınızın hər iki ayağına geyindirdikdən sonra alın
Hər bir insanda ayaqların biri digərindən daha böyük olur. Bu səbəbdən ayaqqabı alarkən hər iki ayağa geyinib gəzdikdən sonra onun alınmasına qərar verilməlidir.
Ayaqlar gün ərzində şişdiyi üçün axşam alınan ayaqqabının uşağın ayağına uyğun olub-olmamasına diqqət etmək lazımdır. Bu səbəbdən ayaqqabı alış-verişini səhər saatlarında yox, günortadan sonra etmək daha yaxşıdır.
2. Ayaqqabılar gözəl görünməklə yanaşı həm də rahat olmalıdır
Uşağınıza ayaqqabı alarkən diqqət etməli olduğunuz digər vacib məqam ayaqqabının rahatlığıdır.
Amerika Pediatriya Tibb Assosiasiyasının tövsiyəsinə əsasən ayaqqabı alarkən nəzərə alınmalı məqamlar aşağıdakılardır:
Daban hissəsi sərt olmalıdır, iki barmaq arasında əzilməməlidir.
Ayaqqabının ön hissəsinin bükülməsi nə çox sərt, nə də çox yumşaq olmalıdır.
Ayaqqabılar ortadan bükülməməlidir.
Ayağın ən uzun barmağından olan məsafəyə diqqət yetirin. Boşluq yoxdursa, daha böyük bir ayaqqabı sınanmalıdır.
3. “Geyindikcə açılır” deməyin!
Önü dar olan ayaqqabılar uşaqlarda dırnaqların batmasına səbəb ola bilər. Bu səbəbdən ayaqqabılar uşağın ayağının təbii quruluşuna uyğun seçilməlidir. Xarici amillərdən qoruya bilən və elastik olan ayaqqabılara üstünlük verilməlidir. Geyilən ayaqqabılar ayağa mükəmməl oturmalı və ayaqqabını çıxararkən uşağın dabanına dəyən hissə bir qədər sürüşkən olmalıdır.
Ayaqqabının daban hissəsi sürüşməyən materialdan olmalıdır. Əks halda yıxılmağa səbəb ola bilər.
Uzman ortoped-travmatoloq Dr. İftixar Qurbanov bütün uşaqlarda piy toxumasının daha çox olması səbəbindən iki yaşına qədər bütün uşaqların yastıpəncəli olduğunu deyir və əlavə edir: “Uşağın yastıpəncəli olduğunu demək üçün 8, hətta 10 yaşına qədər gözləmək lazımdır”.
Dr. Qurbanovun sözlərinə görə yastıpəncəliyin elastik (boş) və sərt (rigid) növləri var.
Elastik (boş) yastıpəncəlik müalicə tələb etməyən bir vəziyyətdir.
Sərt yastıpəncəliyi müalicə etmək lazımdır.
Hər iki halda həkim müayinəsi tələb olunur.
Yumşaq düz dabanlarda ailələrin diqqət etməli olduğu məsələ ayaqqabının deformasiyasıdır.
Əgər ayaqqabının daxili hissəsi tez köhnəlirsə, pediatr-ortopedin rəyi alınmalıdır.
Ən yaxşı idman – uşağın ayaqyalın yeriməsidir. Təbii ki, onun gəzdiyi yer dərisinə zərər verməyəcək bir səth olmalıdır.
Uzman ortoped-travmatoloq Dr. İftixar Qurbanov
BMP Babək | Xətai rayonu, Babək prospekti 92 N, Tel. 050 600 76 76