Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub
Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.
“Report” xəbər verir ki, 2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov “Report”a faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.
M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq open.az saytı yayıb.