Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan konfrans keçiriləcək

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 18-19-da Azərbaycan Tibb Universitetində (ATU) Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan “Təbabətin aktual problemləri – 2019” mövzusunda beynəlxalq elmi–praktik konfrans keçiriləcək.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda yerli tibb mütəxəssisləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş ekspertlər də məruzələrlə çıxış edəcəklər.

Elmi-praktik konfransın mövzusu təbabətin aktual problemlərini əhatə edir. Konfransın məqsədi bu məsələlərlə bağlı indiyədək əldə edilən nailiyyətləri açıqlamaq və gələcək problemləri birgə müzakirə etməkdən ibarətdir. Tədbirdə ATU-nun yaradılması ilə bağlı sənədli filmin nümayişi də nəzərdə tutulub.