Babasil (Hemerroy) xəstəliyi: klinik əlamətləri və müalicəsi
Babasil xəstəliyi nədir?
Anus ətrafında və rektumun aşağı hissəsində, varikoz damarlarına bənzər şişkin damarlarla xarakterizə olunan vəziyyətə hemoroid və ya babasil deyilir. Babasil yarada biləcək bir çox səbəb vardır. Lakin çox zaman Hemoroidin nədən yarandığı tam olaraq bəlli olmur. Hemoroidlər anusun xarici hissəsində dərinin altında yerləşərsə, eksternal, düz bağırsaqda rast gəlinərsə isə, internal hemoroid olaraq adlandırılır.
Babasil cəmiyyətdə yetkin insanların təxminən dörddə birində zaman-zaman ortaya çıxan yayğın bir narahatlıqdır. Hemoroidlər hər zaman xüsusi bir əlamət göstərməzlər. Ancaq çox hallarda qaşıntı, rahatsızlıq hissi və qanama kimi əlamətlərlə büruzə verə bilirlər. Hemoroid daxilində qan laxtaları əmələ gələrsə, bu şiddətli bir ağrıya səbəb olur. Müalicə üçün həmin laxtaların boşaldılması önəmlidir. Yaxşı ki, babasilin müalicəsi üçün bir çox effektiv müalicə üsulları mövcuddur. Bir çox insanlar evdə tətbiq etdikləri müalicə və yaşam formasını dəyişməklə qismən və tamamilə bu şikayətdən yaxa qurtara bilirlər.
Babasilin əlamətləri nələrdir?
Babasilin əlamətləri növünə görə fərqlilik göstərməkdədir. Xarici hemoroidi olanlarda:
- Anus ətrafında ortaya çıxan şiddətli qaşıntı və rahatsızlıq hissi
- Anus ətrafında qaşıntılı, ağrılı şişkinlik
- Oturmaqla müvafiq nahiyədə artan ağrılar
- Nəcisdə qan görülməsi en sıx rast gəlinən əlamətlərdir.
Həmin nahiyənin hədsiz qıcıqlandırılması, ovulması və ya təmizlənməsi yuxarıdakı əlamətləri daha da pisləşdirə bilər. Bir çox insanda xarici hemoroid ilə əlaqəli şikayətlər bir neçə gün ərzində itə də bilir.
Daxili babasil zamanı görülən şikayətlər:
- Nəcisdə və ya tualet kağızında parlaq qırmızı qan
- Anusdan hemoroid düyünlərinin sallanaraq ələ gəlməsi
Ümumilikdə sallaq olmayan daxili hemoroid ağrılı olmur. Lakin əks halda ağrı və sancı şikayətləri görülür. Anusla əlaqəli şikayət və əlamətlərin ən böyük səbəbi babasil olsa da, bütün səbəblər bunlar deyildir. Bəzi hemoroid simptomları, digər həzm sistemi problemləri ilə oxşarlıq göstərir. Məsələn, anusdan qal gəlməsi, Kron xəstəliyi, ülserativ kolit, kolon və düz bağırsaq xərçəngi kimi fərqli bağırsaq şikayətlərinin əlamətləri bənzər ola bilər.
Babasil nədən yaranır?
Hemoroid xroniki qəbizlik, tualetdə uzun müddət oturmaq və nəcis ifrazı zamanı zorlanma ilə əlaqəlidir. Bunların hamısı müvafiq nahiyəyə gələn və yerli qan axışını pozaraq damarların genişlənməsinə gətirib çıxarır. Bu həmçinin genişlənən uretrusun damarlara göstərdiyi təsirin nəticəsi olaraq hamiləlik sırasında babasil sıxlığında olan artışın səbəbini də açıqlamaqdadır.
Aparılan araşdırmalar, babasil şikayətinə sahib şəxslərin anusun düz əzələlərinin, belə şikayəti olmayan şəxslərə nisbətdə oturaq halda belə daha gərgin olmağa meylli olduğunu göstərmişdir. Qəbizlik də bu şikayətlərin yaranmasında böyük pay sahibidir, çünki bağırsaq hərəkətləri əsnasında ortaya çıxan gərilmə, anal kanaldakı təzyiqi artırır. Bu da hemoroidləri anus sfinkter əzələlərinə doğru itələyər. Hemoroidi tutan bağ aparatları yaşla birgə zəifləyər və hemoroid daha da şişər və sallanma baş verər.
Hemoroidin növləri hansılardır?
Bütün hemoroidlərin eyni olmadığını bilmək vacibdir. Əslində internal, eksternal, prolapse və tromboze olmaq üzərə 4 növ hemoroidə rast gəlinir və bunlar yerləşdiyi nahiyəyə, əlamətlərə görə qruplandırılır. Yoğun bağırsağın son üçdə bir hissəsinə rektum deyilir və bu nahiyə nəcisinin müvəqqəti olaraq toplandığı bölgədir. Rektumun aşağı 1/3-də ortaya çıxan toplayıcı damar genişlənmələri daxili və ya internal babasil olaraq adlandırılır. Bunlar toxunmaya, ağrıya, gərilmə və temperatura həssas deyil və çıxıntı səviyyələrinə görə 1-dən 4-ə qədər dəyərləndirilir.
Perianal hematoma olaraq da adlandırılan xarici və ya eksternal babasil anusun xarici hissəsində yer alan dərinin altında yerləşir. Bu hemoroidlər qaşıntılı və ya ağrılı ola bilir və maviyə oxşar rəngdədirlər. Bundan əlavə prolapse hemoroid və tromboze hemoroid kimi fərqli hemoroid növlərinə də rast gəlinir. Daxili babasilin anusdan kənara sallanmasında prolapse, babasil içərisində qan laxtalarının olmasına isə tromboze deyilir.
Daxili babasilin dərəcələri hansılardır?
- Dərəcə I: Hemoroid varkən anal kanaldan xaricə çıxıntısı olmaz, qanama baş verə bilər.
- Dərəcə II: Bağırsaq hərəkəti sırasında hemoroi kanal xaricinə doğru çıxıntı əmələ gətirir. Lakin öz-özünə içəriyə qayıdar.
- Dərəcə III: Bağırsaq hərəkəti və ya başqa bir idman hərəkəti səbəbindən hemoroid anusdan çıxıntı yaradar və ancaq barmaqla itələyərək əvvəlki yerinə qayıdar.
- Dərəcə IV: Hemoroid tamamilə sallanmışdır və tam olaraq anal kanalın xaricindədir. İçəridə qalmaz və itələnə bilməz.
Babasil diaqnozu necə qoyulur?
Bir çox şəxs babasil problemləri ilə əlaqədar həkimə getməkdən utanır. Bu səbəblə şikayəti olan 75% pasiyentin sadəcə 4%-lik bir hissəsi həkimə müraciət edir. Detallı tibbi müayinənin aparılması sonrakı mərhələdə düzgün müalicə üsulunu seçməkdə həkimə yardımçı olur. Həkiminiz xarici hemoroidin olub-olmamasını çox asanlıqla visual görə bilər. Daxili babasil diaqnozu isə anal kanal və düz bağırsaq müayinəsi və başqa testlər ilə aparılır.
Rektum müayinəsi həkim tərəfindən barmaqla aparılır. Bu müayinə ilə daha dəqiq diaqnostikaya ehtiyac olub-olunmaması aydınlaşdırılır. Daxili hemoroid çox yumşaq olduğundan müayinə ilə təsdiqlənməyə bilər. Bu səbəbdən rektum və digər yoğun bağırsaq nahiyələri kolonoskopiya adı verilən və ucluğunda kamera olan bir alətlə incələnir.
Babasilin müalicəsi necə aparılır?
Xarici hemoroid ümumilikdə pasiyent heç bir şikayət hiss etmədikcə müalicə gərəkdirmir. Kiçik dərəcəli iç hemoroidlər isə təsirli dərman və fərqli əməliyyatsız üsullarla müalicə olunur. Bu üsullar və dərmanlarla müvəffəqiyyət əldə olunmazsa, digər yuxarı dərəcələrdə cərrahi müalicə üsulları nəzərdən keçirilir. Dərmanla müalicənin əsas məqsədi hemoroidi yaxşılaşdırmaqdan əlavə şikayətləri nəzarət altına ala bilmək və altda yatan səbəbi ortadan qaldırmaqdır.
Ümumi cərrah, proktoloq
Türkan Gündüz