Azərbaycan Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin nümayəndələri Vyana şəhərində keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişlər

06-07.06.2023 tarixində Avropa Kistoz Fibroz Federasiyasının (CFEurope) illik toplantişı həmçinin federasiyanın iyirmi illik (20) fəaliyyəti münasibəti ilə Avstriyanın Vyana şəhərində keçirilən tədbirə federasiyaya üzv olan iyirmi doqquz(29) ölkədən nümayəndələr qatılmışdır.
Azərbaycandan KIFYIB.Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi nin sədri Səadət Bayramova və İdarə heyətinin üzvü Aynur Hümbətova qatılmışdır.
Ümumi toplantıda Kistoz Fibroz sahəsində yeniliklər ,yeni istifadəyə başlanmiş korrektorların istifadəsi , nəticələri ,müalicənin inkişaf etməkdə olan ölkələrdə əlcatanlıq probleminin mövcudluğu və həlli yollarından bəhs edilmiş həmçinin federasiyanın 20 illik fəaliyyəti haqqında ətraflı təqdimatlar olunmuşdur.
Toplantıda Federasiyaya yeni direktor və yeni İdarə heyəti seçilmişdir .
Qeyd:Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyi CF Europe -Avropa Kistoz Fibroz Federasiyasinin üzvüdür.
Həmçinin, Azərbaycanda Kistoz Fibrozun taninması ,aktuallığı və ona dair mühüm addımların atılmasında yaxından iştirak edən yeganə pasiyent təskilatı həmçinin CFEuropenin üzv təşkilatı KIFYIB.Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi ni təmsilən təşkilatın sədri Səadət Bayramova və idarə heyətinin üzvü Aynur Hümbətova Avropa Kistoz Fibroz Federadiyasinin illik toplantisında və 46ci Avropa Kistoz Fibroz Konfransında iştirak etmişlər.
Konfransda dünyada Kistoz Fibroz sahəsində çox tanınmış həkimlər maraqlı təqdimatlarla çıxış edərək bu sahədə ən son yeniliklərlərlə ən çox da hər kəsin maraginda olduğu son zamanlarda xəstələrin rifah halında böyük müsbət irəliləyişlərə səbəb olmuş korrektor müalicəsindən bəhs edirlər .
Korrektor mualicəsi (Orkambi ,Trikafta ,Kaftrio üçlü kombinasiyalar) KF .pasiyentlərə ümid olduğu kimi əlcatanliğin da asanlaşdırılması perioritet məsələ olması üçün əlaqədar qurumların səhiyyə və pasiyent təşkilatlarının birlikdə əməkdaşlıq etməsi vacibdir.