Astarada bədbəxt hadisə: Azyaşlını su hovuzundan tapdılar

Astarada bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində olub.

Belə ki, kənd sakini 2023-cü il təvəllüdlü azyaşlı həyətdəki bağı sulamaq üçün nəzərdə tutulmuş su hovuzuna düşüb.

Onu axtaran yaxınları su hovuzunda huşsuz vəziyyətdə tapıblar.

Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır qiymətləndirilən uşaq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.