Amerikalı alimlər xərçənglə mübarizədə irəliləyiş ediblər
Amerikalı alimlər xərçəngin müalicəsində yeni və təsirli bir üsul kəşf ediblər.
Azmedinfo.az PNAS jurnalında dərc olunan tədqiqata istinadən yazır ki, “Selekoksib” adlı dərman xərçəng hüceyrələrini dərmanlara qarşı uyğunlaşma qabiliyyətindən məhrum edir.Şimal-Qərb Universitetinin tədqiqatçıları xərçəng hüceyrələrinin əsas təhlükəsinin onların müalicəyə və dərmanlara qarşı dayanıqlıq qazanması olduğunu müəyyən ediblər.
Tədqiqatın rəhbəri Vadim Bekmanın sözlərinə görə, onların məqsədi xərçəng hüceyrələrini birbaşa məhv etmək deyil, bu “super gücdən” – yəni uyğunlaşma qabiliyyətindən məhrum etməkdir. Bu yanaşma, xərçəngin müalicəsini daha effektiv edə bilər