Ağır çanta daşımaq məktəblilərdə qamət problemlərinə səbəb ola bilər
Bakı, 6 dekabr, AZƏRTAC
Orta məktəb şagirdləri arasında ən çox yayılan xəstəliklərdən biri də kifozdur. Lakin bir sıra hallarda onun müəyyənləşməsində yanlışlığa yol verilir.
AZƏRTAC xəbər verir ki, vertebroloq Röya Musayeva deyib: “Son vaxtlar valideynlər uşaqlarda yaranan kifozu distant təhsillə əlaqələndirirlər. Aparılan müayinə zamanı isə onun qamət problemi, kifoz və skolioz olduğu müəyyən edilir. Hər önə doğru əyilmə, kürək sümüklərindəki asimmetriyaya dərhal diaqnoz qoymaq olmaz”.
Uşaqların daşıdığı ağır çantalar kifoza və qamətin pozulmasına səbəb ola bilər: “Lakin passiv həyat tərzi onurğanın, karseti olan əzələlərin zəifliyi nəticəsində həmin patologiyalar yaranır. Ona görə də pediatra və ya onurğa üzrə mütəxəssisə müraciət etməklə daha erkən həmin patologiya ilə üzləşməkdən xilas olmaq mümkündür”,- deyə mütəxəssis əlavə edib.