Uşaqlarda internet - oyun asıllığı

Uşaqlarda internet – oyun asıllığı necə inkişaf edir?

  • Tolerans yaranır. Hər keçən gün bir əvvəlkindən daha çox oyundan istifadə etməyə başlayır. Elə bir vəziyyət yaranır ki, (yuxu, yemək, tualet) xaricində uşaq vaxtının qalan hissəsini internetdə keçirir. Hətta bəzən fizioloji tələbatlarını belə gecikdirir.
  • Yoxsulluq sindromu. Asılı olduğu internet oyunu və ya internet olmadıqda özünü zəif, əsəbi, gücsüz hiss edə bilər.  Fiziki olaraq baş ağrısı, tərləmə, yuxusuzluq və sair hiss edə bilər.
  • Özünü kontrol edərək interneti azaltmaq istədiyi zaman həmişə uğursuz olar. Verdiyi sözə əməl edə bilməz.
  • Çox vaxt sərf edər. Bütün fəaliyyətlərini ona görə planlayar. Bəzən hətta ona düşən vəzifələrdən imtina edərək oyunu oynamağa davam edər.
  • Əgər asılıllıq artmışsa bu uşaqlar artıq həyatdan təcrid olunurlar. Əvvəllər zövq aldığı hər şeydən? məsələn idman edirdisə artıq idmandan ya da dostları ilə görüşməkdən imtina edər. Dərs naliyyətləri ciddi mənada geriləyər.

 

Əgər uşağınız da aşağıda göstərilən 6 bənddən 4-nü hiss edirsənizsə onda uşağınızda oyun asılılığı ola bilər.

  1. Davamlı olaraq oyunu düşünürsə: məsələn, tez dərslərimi bitirim ya da mənə verilən işi tez bitirim və oyunumu oynayım;
  2. Oyuna daha çox üstünlük verirsə: məsələn, dostlarımla daha sonra görüşərəm indi əsas oynumu oynayım.
  3. Oyunlar üçün pul xərcləmək istəyirsə;
  4. Fizoloji tələbatlarını sonraya saxlayırsa: yemək, içmək və tualet ehtiyaclarını;
  5. 12 saat oyanıqdırsa bunun 6 saatını oyun oynamaqla keçirirsə;
  6. Həqiqi həyatın yerini internet oyunları alırsa.

Bu hallarda sizin uşaq psixoloquna müarciət edərək məsləhət almağnız tövsiyə olunur.

Mütəxəssis pediatr Dr. Nərmin Əzizova