04 Avqust 2020

“Qurban bayramı” və uşaq psixologiyası

Uşaqlarımızda 12 yaşından etibarən mücərrəd fikir formalaşmağa başlayır. Yəni 12 yaşından əvvəl uşaqlar bir çox hadisəni ayrı- ayrılıqda başa düşsələrdə, mücərrəd fikirləşmək onlarda tam formalaşmamışdır. Ona görə də 12 yaşdan aşağı olan uşaqlar üçün ölüm və ya qurban kəsilməsi kimi hadisələr həddindən artıq qorxuducu gələ bilər. 12 yaş və ondan yuxarı olan uşaqlarda isə bu hadisələr uşağın psixologiyası və hissi yanaşmasını nəzərə alınaraq başa salınmalıdır. Aparılmış tədqiqatlara əsasən, 12 yaşdan aşağı olan uşaqlar qəti şəkildə qurban kəsilməsini görməməlidirlər. Çünki, uşaqlar psixoloji olaraq bu yaşda qurban kəsilməsini qavramağa hələ hazır deyildirlər.

Əgər uşağınız özü görmək istədiyini bildirsə və təsirə düşməyəcəyini desə belə, yenə də qurbanın kəsilməsini göstərməməli və uşağın yanında kəsmək barədə danışılmamalıdır. Əgər uşağınız qurbanın kəsilməyini gördüsə onda ona hisslərini danışmağına imkan verin. “Burda nə var ki ağlayırsan? Həmişə ət yeyirik narahat olma” kimi cümlələrdən istifadə etməyin. Unutmayaq ki, uşaqlardan ölüm hadisəsini bizim kimi qavramasını gözləməməliyik. Ona görə də ilk anda ağlaması və ya reaksiya verməsi çox normal haldır. Uşaq həmin günlərdə əgər ət yemək istəməsə onu yeməyə məcbur etməyin. Hər il Qurban bayramından sonra uşaqlar da yuxu problemləri, qorxular, gecə yerini islatma və qorxulu yuxular görmə kimi şikayətlərlə çoxlu müraciətlər olur. Belə hallarda mütəxəssis köməyi almağı sizə məsləhət görürük. Qurban bayramın ənənəsi olaraq uşaqlarımıza bayramın mənasını və ruhunu izah etməliyik. Bunlara heyvana əziyyət vermək, hər yeri qan içində qoymaq və kiçik yaşlı uşağı baxmağa məcbur etmək və ya əlinə bıçaq vermək aid deyildir. Əsas odur ki, övladlarımızı düzgün tərbiyə edməli böyütməli və onları sağlam gələcəyə hazırlamalıyıq.

Əziz izləyicilərimiz hər birinizə sağlam, xoşbəxt və gözəl bayramlar arzulayırıq.

 

 

Mütəxəssis Pediatr Dr.Nərmin Əzizova

24 Sentyabr 2020
Ana südünün tərkibində olan oliqasaxaridlər nə üçündür? 1. Bağırsaqda olan faydalı bakteriyaları dəstəkləyir və immun…
19 Sentyabr 2020
Bir çox ailə uşaqlarının az yemək yediyindən, iştahsız olduğundan və ona görə də sağlam böyüməyəcəyindən…
04 Sentyabr 2020
Oma batığı, onurğanın qurtaracağında, beldən aşağıda, qalça qıvrımında və ya  üstündə yerləşən çuxur formasında olan…