“Meymun çiçəyi” xəstəliyi

“Meymun çiçəyi” xəstəliyi
“Monkeypoks” endemik olaraq xüsusən orta və qərbi Afrikada tropik yağış əraziləri olan bölglərdə yayılan az sayda müşahidə olunan zoonoz xəstəlik olmuşdur. Lakin, son dövrlər bu xəstəliyin geniş – hal-hazırkı vaxta görə 58 ölkədə 3417 xəstə arasında müşahidə olunması pandemiya elan edilməsinə səbə olmuşdur.
Meymun çiçəyi xəstəliyi ən çox gəmiricilər tərəfindən olmaqla infeksiyalaşmış heyvanlardan insanlara yoluxan infeksion xəstəlikdir. Heyvandan insana yoluxma (zoonotik) yoluxma, infeksiyalaşmış heyvanların qan, bədən mayeləri və ya dəri və ya selikli qişa zədələri ilə birbaşa təmas və ya hava damcı, yataq örtüsü kimi çirklənmiş materiallarla təmas yolu ilə keçir. İnsandan insana yoluxma tənəffüs ifrazatı, infeksiyalaşmış insanın sekresyalarını uzun müddətli təmas, dəri zədələri ilə bütövlük pozulmuş dəri və ya selikli qişalarda (göz, burun, ağız selikli qişaları kimi) təmas və ya yaxın müddətdə dəri zədələrinin çirklənmiş (yataq örütüsü, dəsmal və s.) yaxın təmasdan ötürülür. Hava-damcı yolu ilə yoluxma üçün uzun müddətli üz-üzə təmasa ehtiyac vardır. Xüsusən eyni evdə yaşayanlarda, uzun müddət qapalı mühitdə təmaslı olan şəxslərdə, xəstələrlə kontakta olan tibb işçilərində rast gəlinir. Az bişmiş ət və infeksiyalaşmış məhsulları yemək risk daşıyır. Yoluxma, infeksiyalaşmış anadan körpəyə plasenta yolu ilə də keçə bilər. Bu vəziyyətdə doğuşda və doğuşdan sonra yenidoğulanlarsa meymun çiçəyi əlamətlərinə rast gəlmək olar. Anada aktiv xəstəlik olduqda yenidoğulan körpəyə yaxın təmasla da keçə bilər.
Klinik əlaməti
İnkubasiya dövrü (təmasdan simptomların ortalığa çıxmasına qədərki dövr) 6-13 gündür , ancaq 5-21 gün də davam edə bilər. Qızdırma, iştahsızlıq, qusma, ishal, halsızlıq, yorğunluq, öskürək, baş ağrısı, qızarıqlıq, limfa düyünlərinin şişməsi, əzələ ağrısı xüsusən bel nahiyənin ağrısı kimi əlamətlərlə rast gəlinir. Bu əlamətlər ilk 5 gün qabarıqdır. Meymun çiçəyi xəstəliyini çiçək xəstəliyindən fərqləndirən əsas əlamət limfaadenopatiyalardır. Limfaadenopatiyalar səpgi başlanğıcından 1 -2 gün əvvəl və ya nadir olaraq səpgi başlanğıcıyla birlikdə qızdırma ilə başlayır. Boyun, qasıq və qoltuq altında limfa vəziləri bədənin bir tərəfində və ya iki tərəfində şişə bilir. Limfaadenopatiyanın xəstəliyin prodormal dövürdə olması meymun çiçəyinin suçiçəyi qızılca, çiçək xəstəliyində fərqləndirən əsas əlamətdir.
Dəri səpgiləri əsasən qızdırmadan 1-3 gün içərisində başlayır. Səpgilər gövdədən savayı, üz və ətraflarda çox cəmləşməyə meyillidir. Səpgilər əsasən üzdə başlayıb və ovuc içini və ayaq dabanını zədələnir. Həmçinin oral selikli qişa (xəstələrin 70%) , genital nahiyyə (xəstələrin 30% də) və konyuktiva ilə kornea (xəstələrin 20%) da təsirlənir. Səpgilər ardıcıl olaraq makullardan (düz səthli zədədən) papullara (yüngülcə qabarıq sərt zədələr) vezikullara (şəffaf maye ilə dolu zədələrə), pustulara (sarımsı maye ilə dolu zədələrə) və quruyub dökülən qabıqlara doğru çevrilir. Səpgiləri sayı bir neçə ilə minlər arası dəyişə bilər. Ağır xəstələrdə zədələr dərinin böyük hissəsi zədələnə qədər birləşə bilir.
Əsasən 2-4 həftə müddətində klinik əlamətlər davam edir. Çiçək xəstəliyindən daha az yoluxdurucudur və daha az ciddi xəstəlik törədir. Çiçək xəstəliyinə qarşı istifadə olunan peyvəndlər meymun çiçəyi xəstəliyinə qarşı da qoruyur. Çiçək xəstəliyinə qarşı peyvəndi olanlar daha yüngül keçirər. Vurulduğunu isə əsas qolun yuxarı hissəsində olan yara çapıq izi göstərir.
Meymun çiçəyi ağırlaşmalarına ikincili infeksiyalaşma, bronxopnevmoniya (tənəffüs yollarının infeksiyalşması), sepsis, ensefalit və görmə itkisi kimi nəticələnən kornea infeksiyaları sayıla bilir.
Qorunma
İnsanların virusa məruz qalmalarını azaltmaq üçün profilaktik tədbirlərin alınması vacibdir. Meymun çiçəyi olduğundan şübhənilən və ya təsdiqlənən xəstələrə baxan insanların daha çox çiçək xəstəliyinə qarşı peyvəndlənmiş insan olması məsləəhət görülür. Heyvandan yoluxma riskini azaltmaq üçün yabanı heyvanlarla, xüsusən ölü və xəstə heyvanlarla, ətləri, qanları və digər nahiyələri daxil olmaqla qorunulmalı və təmasdan uzaq durulmalıdır. Həmçinin heyvan əti həmişə yaxşı bişirilməlidir.
Meymun çiçəyi xəstələrinə müalicəsi üçün ABŞ qida və dərman təhlükəsizlik agentliyi tecovirimat adlı dərmana lisenziya vermişdir. ABŞ səhiyyə sistemi meymun çiçəyi virusundan qorunmaq üçün çiçək xəstəliyinə qarşı olan peyvəndlənməni, antiviral terapiyanı və immunoqlobulin istifadəsini məsləhət görür.
Nərmin Əzizova
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı