skip to Main Content
Dr. Fərid Məmmədov – “Uşaqlarda Qəbizlilik Nədir”

Dr. Fərid Məmmədov – “Uşaqlarda qəbizlilik nədir”

Qəbizlik nədir?Uşaqlarda hansı halda qəbizlikdən şübhələnmək olar? Qəbizlikdən əziyyət çəkən uşaqlar müalicə olunmazsa fəsad verə bilər? Ağırlaşması nə ola bilər?

Bu və daha da çox suallarla müraciət edən valideynləri məlumatlandırmaq üçün aşağıdakı məlumatları nəzərinizə çatdırmaq istədim.

İlk öncə qəbizlik haqda qısa məlumat verim. Daha geniş baxdıqda qəbizlik xəstəlik deyil, qəbizlik hansısa xəstəliyin təzahür formasıdır. Buna açıqlama gətirək. Ümumiyyətlə nə zaman biz qəbizlik düşünürük?! Əgər uşaq 1 neçə gündən bir sərt şəkildə nəcis çıxırsa və ya hər gün lakin yenə də sərt və gücənərək nəcis çıxırsa, nəcisin konsistensiyası sərt və ya böyükdürsə ( dairə şəkilli və ya uzun, kalibri böyük, sərt) bunu qəbizlik kimi qiymətləndiririk. Qəbizlik kəskin və xroniki ola bilir. Hər hansi infeksiya və ya hər hansı halda maye itkisi, az qəbulu olduğu zaman, hərarət olduğu zaman və bir çox halda kəskin qəbizlik yarana bilər. Uşaqların dərisi həssas və zərif olduğundan tez zədələnir.Bu isə eyni zamanda uşağa həm də psixoloji təsir edir və nəticədə bu hal daha uzun zaman davam edir və xroniki qəbizlik formalaşir. Uşaqlarda 95% funksional qəbizlik olur yəni altda yatan hər hansı orqanik səbəb olmur. Həkimə müraciət edildiyi halda düzgün diaqnoz qoyulub, düzgün müalicə aparıldıqda nəticə əldə. Bəzən yalnış olaraq daha tez effekt alınmadı deyə müalicənin kəsilməsi və ya əlavə yanlış müalicələrin başlanması etmək olar. Amma buradan valideynlərə səslənərək bir məqamı da vurğulamaq istəyirəm ki, əgər altda yatan səbəb yoxdursa adı üstündə fuksional qəbizlikdirsə o zaman rejim müalicə və səbr lazımdır ki nəticə əldə edilsindaha neqativ nəticələrə gətirə bilər. Bəzən valideynlər məsələni daha tez “həll etmək” istəyir və yalnışlıqla cərrahi müdaxilələrə üstünlük verirlər. Həkim tərəfindən protokola əsasən keçməyən qəbizliklərdə altda yatan xəstəliklər araşdırıla bilinər. Altda yatan xəstəliklər uşaqlarda rast gəlinən qəbizliklərin çox az qismini təşkil edir. Bunları araşdırmaq o demək deyil ki mütləq o xəstəlik var, bu o deməkdir ki, altda yatan orqanik səbəb yoxdur. Orqanik səbəblərin müalicəsinin gecikilməsi isə uşağın ikincili olaraq inkişafdan da geri qalmasına səbəb ola bilər.

Toxunmaq istədiyim mövzulardan biri isə valideynlərin verdiyi sual olan “müalicə olunmazsa nə olardır?!”. Qəbizlik uşaqlarda çox zaman rectalda (düz bağırsaq) çat ilə müşayiət olunur. Bu zaman uşaqlarda nəcisə çıxma zamanı qan görülür. Uzun müddət davam edən qəbizlik hemoroidal venalarda genişlənmə verə bilir ki, bu da nəticədə ağrılı nəcis çıxışı, qanama yaradır.Davam edən qəbizlik bağırsağın uzanmasına və kompensator olaraq genişlənməsinə gətirib çıxara bilər. Uşaqlarda az rast gəlinsə də dünyada sürətlə artmaqda olan GİS (mədə- bağırsaq sistemi) xərçəngi ələlxüsus kolon xərçəngi yaranma riskini artırır.

Profilaktika üçün deyəcəyim məqam isə uşaqların rejimini pozmayın!!!

Hörmətlə Pediatrik Gastroenteroloq, Hepatoloq və bəslənmə həkimi Fərid Məmmədov

error: Müəllif hüquqlarının qorunması məqsədi ilə sağ klik deaktiv edilmişdir.
Back To Top