skip to Main Content
Erkən Yaşlı Uşaqlarda Diş çürükləri- Butulka çürüyü

Erkən yaşlı uşaqlarda diş çürükləri- Butulka çürüyü

Uşaqlar ilk dişlərini təqribi olaraq 6 ayında çıxarırlar. Bundan sonra onlar artıq dişlərinin çürüməsi riskini daşıyırlar. Körpələrdə və 12- 18 aylıq uşaqlar arasında müşahidə edilən diş çürüklərinə “butulka çürüyü”, “tez inkişaf etmiş uşaqlıq dövrü çürükləri” də deyilir. Xüsusən üst qabaq tərəfdə yerləşən dişlərlə yanaşı ağızda olan bütün dişlər çürüyə bilər. Bəzən isə çürüklər sürətlə inkişaf edərək dişlərin müalicə təsirlərinin effektsiz olmasına gətirib çıxara bilərlər. Bu zaman da dişlərin çəkilməsinə ehtiyac yarana bilər. Bununla bərabər diş çürüklərinin qarşısı alına bilən xəstəlik olduğunu da unutmamalıyıq.
Diş çürüyü, çürüyə səbəb ola biləcək bakteriyanın anadan və ya körpəylə yaxın təmasda olan insandan keçməsi yarana bilən yoluxucu bir xəstəlikdir. Bu bakteriyalar tüpürcək yolu ilə yayılır. Bakteriyalar, ananın körpənin yeməyinin istiliyini və ya dadını yoxlamaq üçün qaşığı və ya təmizləmək üçün əmziyi öz ağzına sürtərək uşağa verməsi hesabına keçir.
Həmçinin diş çürüyünə, körpənin uzun müddət və tez-tez şəkər istifadəsi, məsələn bəhməz, ballı süd, meyvə şirəsi, süni qida istifadəsi və ağız gigiyenasına əməl edilməməsi səbəb ola bilər. Əgər körpə axşamları yatarkən şəkərli maye içərək yatmağa öyrəşibsə və ya butulka yalançı əmzik rolunu oynayıb körpənin yuxuya getməsini asanlaşdırırsa onda diş çürüklərinin yaranması üçün əlverişli şərait yaranmışdır. Uşaqlarda şəkərli maye dişlər arasında toplanır. Ağızda normal florada olan bakteriyalar isə şəkəri qida kimi istifadə edərək asit yaradırlar. Körpəniz hər belə şəkərli mayeləri içdikdə dişlər asit qalıqlarına 20 dəqiqə və ya daha uzun müddət məruz qalırlar. Asit qalıqlarına məruz qalmanın bir neçə dəfə təkrarlanması nəticəsində artıq çürümə yaranmağa başlayır. Şəkərə və ya bala batırılan yalançı əmziklərdə diş çürüklərinə səbəb ola bilər.


Bəzən ailələr düşünürlər ki süd dişləri daimi deyildir və tədricən dəyişəcəkdir və bu səbəbdən də bu problemə məsuliyyətli yanaşmırlar. Əslində isə bu çox böyük bir səhvdir. Çünki, süd dişləri çeynəməyə və qidalanmaya təsir edir. Süd dişlərində yaranan problemlər böyümə və inkişafa çox mühüm təsir göstərirlər. Süd dişləri həmçinin çənə sümüyünün formalaşmasında və böyüməsinə stimul edərək həçininin daimi dişlərin yerini hazırlayırlar. Süd dişləri nitqin formalaşmasında daçox mühüm rola malikdirlər. Xüsusən qabaq dişlərin düzgün formalaşmaması və ya olmaması bir çox səsin düzgün deyilməməsinə gətirib çıxarır. Həmçinin qabaq dişlərin düzgün formalaşmaması estetik olaraq yaxşı görünmür və bu da hətta uşaqlar üçün psixoloji problemlərin ortalığa çıxmasına səbəb olur. Süd dişlərində travma, çürük, ektopiyalar və ya digər problemlər qövsün düzgün formalaşmamasına və ortodontik problemlərin ortaya çıxmasına da gətirib çıxara bilər.
Butulka çürüyünün qarşısı necə alına bilinər? Aşağıdakı qanunlara riayət edərək uşağınızın diş çürüməsinin qarşısını ala bilərsiz.
1. Uşağınızın ilk dişi çıxandan sonra uşaq stomatoloquna müraciət etməlisiniz. Bunu ilk diş çıxan kimi və ya ən geci 1 yaşınadək etməyiniz tövsiyə olunur;
2. Çürüyə səbəb ola biləcək bakteriya ilə körpəniz hardan yoluxmuş ola bilər onu düşünün: Burada əsas iki yol var: 1.Ana və ya körpənin əsas vaxt keçirdiyi şəxsin ağız diş sağlamlığına diqqət edib və bakteriyaların inkişafının qarşısının alınması. 2. Uşağın istifadə etdiyi qaşıq və əmzikləri ayırıb onları qəti şəkildə ağzınıza aparmayın və beləliklə də tüpürcəklə bakteriyanın yayılmasının qarşısını ala bilərsiniz;
3. Hər yeməkdən sonra uşağınızın ağzını təmiz əski ilə silin. Bunu etməklə dişləri yemək qırıntılarından və diş ərplərindən qoruya bilərsiniz. Dişlər ağızda tam görüldükdən sonra isə diş fırçasından istifadə etməli və su ilə yaxalamalısınız. Bu prosesi hər gün etməyə çalışın.


4. Uşağınız artıq diş pastasını udmayaraq tüpürə bildikdə isə (xüsusən 2 yaşından sonra) florlu diş pastalarından istifadə edə bilərsiniz.
5. Təqribi 8 yaşınadək uşağınızın dişlərini fırçalamsına siz nəzarət edin. Çünki bu yaşdan uşaqlar da diş fırçalamağı vərdiş halına gətirilə bilinir.
6. Əgər körpənizi yedizdirərkən butulkadan istifadə edirsinizsə, içinə süni qida,süd və ya ana südündən başqa bir şey əlavə etməyin. Əlavə edə biləcəyiniz şəkər, bəhməz və ya bal ilə dadlandırlımış süd və ya su, meyvə şirələrini körpənizə verməkdən uzaq durun.
7. Körpəniz yeməyini butulkadan yedikdən sonra dişləri təmizləndikdən sonra yatızdırın. Əgər butulka ilə yatmağa alışıbsa onda yalnız butulkadan su verin.
8. Əgər körpəniz əmzikdən istifadə edirsə əmziyi bala və ya şəkərə batırıb verməyin. Ağzınıza da sürməməyiniz məsləhətdir.
9. 1 yaşından etibarən körpənizi stəkana uyğunlaşdırın. Xüsusən uşağınızın 12-14 ay arası butulkadan imtina etdirməyə çalışın.
10. Uşaqlarınıza meyvə və tərəvəzlərdən bol istifadə etməyə vərdiş edin. Çalışın şokolad və şəkərli qidalardan uzaq dursunlar.
11. Əgər uşağınız 2 yaşından kiçikdirsə gündə bir dəfə xüsusilə yatmadan əvvəl dişləri fırçalanmalıdır. 2 yaşdan sonra isə sizin köməyinizlə gündə 2 dəfə ən azı fırçalanmalıdır.


12. Uşaqlar üçün xüsusi və yaşlarına uyğun olan diş fırçaları alın. Əsas vacib məqam isə diş fırçalarının uşağın ağız böyüklüyünə uyğun və dar bir səthə, tüklərinin isə nazik olmasıdır.
13. Diş həkimləri 6 yaşına qədər 500 ppm yəni 0.05 florlu diş pastalarından istifadəni məsləhət görür. Xüsusən meyvə və ya şəkər dadı olmayan pastalardan istifadə edin. (Bu həm də uşağın onu səhv olaraq yeməkdən də qoruyacaqdır) Uşaqlar məktəbə başladıqdan sonra 0.1-0.15 (1000-1500 ppm) florlu diş pastalardan istifadə etmələri məsləhət görülür.

Mütəxəssis pediatr  Dr. Nərmin Əzizova

error: Müəllif hüquqlarının qorunması məqsədi ilə sağ klik deaktiv edilmişdir.
Back To Top